Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstandakı "Beroe" stadionunda qarşılaşır. Buna səbəb UEFA-nın Belarusda oyun keçirməsinə qadağa qoyması olub. Görüş Bak vaxtı ilə saat 21:00-da bşlayıb.
Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Jelezniçar” (Serbiya) – "Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
21.00 Dinamo (Minsk, Belarus) - Neftçi (Azərbaycan) 0:1
Qol: Breno Almeyda, 13.
Dinamo: 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vlaadislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 78. Artyom Sokolovski, 42. Favaz Abdullahi, 30. Mustafa Cimet, 7. Yevgeni Malaşeviç, 10. Karen Vardanyan.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şetsov, 5. Danil Duşkevski, 9. Andrey Lutskoviç, 11. Quljiqit Alikulov, 13. Vlaadislav Poloz, 19. Rayan-Eli Quibero, 23. Aleksey Zençko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Qvet.
Baş məşqçi: Aleksandr Şaqoyko.
Neftçi: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 17. Murad Xaçayev, 55. Endryu Qravilyon, 77. Mamadu Sako, 8. Emin Mahmudov (k), 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 11. İmad Faraj, 33. Breno Almeyda, 29. Lyubomir Tupta.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D`Alemyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn MakQoniql (Şimali İrlandiya).
Bolqarıstan. "Beroe" stadionu.
Şərhlər