UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" və "Zirə"nin potensial rəqiblərinin siyahısı dəqiqləşib.
Qaynarinfo-nun məlumatına görə, yarışa II təsnifat mərhələsindən qoşulacaq "Neftçi"nin potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.
İlk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılşacaq "Zirə"nin potensial rəqibləri isə AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
10:36
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.
Püşkatmada "Neftçi"nin də rəqibi bilinəcək.
Həmçinin I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə oynayacaq "Zirə" də növbəti potensial rəqibini tanıyacaq. Bununla yanaşı, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq "Qarabağ" - "Vestri" duelinin məğlubunun hansı komanda ilə qarşılaşacağı bilinəcək.
II təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann" (Norveç), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) klubları yer alıblar.
Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şərhlər