Xəbər lenti

Konfrans Liqası:
İdman 21:50 23.07.2026

Konfrans Liqası: "Zirə" Estoniyada uduzdu (YENİLƏNİB)

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyunu başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.

Moldovalı referi Roman Jitarinin idarə etdiyi matçda yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam Bakı klubunun qapısından keçirib.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
Payde (Estoniya) - Zirə (Azərbaycan) 1:0
Qol: Pa Abdu Çam, 87.
Payde: 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Nikita Baranov, 3. Viktor Hüqo, 2. Maykl Lilander, 11. Madu Sohna, 28. Oskar Hölm (k), 10. Martin Miller, 77. Daniel Luts, 19. Siim Luts, 30. Abdurahman Badamosi.
Ehtiyat oyunçular: 56. Mattias Sapp, 4. Pedro Andrade, 6. Daniel Kabral, 8. Henrik Ojama, 9. Henri Anyer, 14. Mamadu Jobarte, 16. Aleksandr Suroqin, 17. Pa Abdu Çam, 20. Krostofer Pit, 21. Ramon Smirnov, 24. Rome Niqula.
Baş məşqçi: Mika Laurikaynen
Zirə: 13. Aydın Bayramov, 20. İssa Cibrila, 4. Ruan Renato, 2. Amin Seydiyev, 32. Qismət Alıyev (k), 17. Vierinya, 21. Quima, 11. Martins Junior, 93. İbrahim Konate, 7. Eren Aydın, 9. Davit Volkov.
Ehtiyat oyunçular: 72. Hüeynəli Quliyev, 99. Səlim Həşimov, 5. Anje Mutsinzi, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 22. Ayxan Hüseynov, 29. Krismael Diqbeu, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).
Pyarnu. Pyarnu Rannastaadion".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->