Dünyada davam edən iqtisadi çətinliklər fonunda səyahət xərcləri artır. Lakin düzgün hazırlıq və yerli şəraitə uyğunlaşmaq bacarığı ilə turistlər istirahətlərini daha sərfəli qiymətə təşkil edə bilərlər.
Qaynarinfo xəbər verir ki, hazırda 75 ölkə ziyarət edən britaniyalı səyahət jurnalisti Ceyms Vonq büdcəli səyahətin əsas qaydalarını "Lonely Planet" bloqunda paylaşıb.
"Hazırkı maaşla və ya məhdud büdcə ilə səyahət etmək çətin görünə bilər. Lakin istək olduqda həmişə çıxış yolu tapmaq mümkündür. Bu gün dünyanı görmək yalnız varlı insanlar üçün əlçatan imkan deyil və bu, mütləq rahatlıqdan imtina etməyi tələb edən bel çantası ilə səyahət demək deyil", deyə səyyah bildirib.
Onun sözlərinə görə, hətta Skandinaviya kimi bahalı bölgələrdə belə az xərclə səyahət etmək mümkündür. Bunun üçün əvvəlcədən planlaşdırma və düzgün seçimlər vacibdir.
2026-cı ildə büdcəli səyahətin 8 qaydası
* Səfəri əvvəlcədən planlaşdırın – erkən hazırlıq müxtəlif təklifləri müqayisə etməyə və daha sərfəli variantlar tapmağa imkan verir.
* Yüksək turizm mövsümündən yayınmağa çalışın – bu, həm xərcləri azaltmağa, həm də izdihamdan uzaq olmağa kömək edir.
* Şəhər mərkəzindən kənarda qalmağı nəzərdən keçirin – daha az tanınan ərazilərdə ucuz yaşayış imkanları tapmaq və yerli həyat tərzini yaxından görmək mümkündür.
* Yoldaşla səyahət edin – bir çox hallarda iki nəfərlik qalma xərcləri bir nəfərlik variantdan daha sərfəli olur.
* Yerli sakinlərin üstünlük verdiyi restoranları seçin – bu, həm daha münasib qiymətlərə, həm də yerli mətbəxi tanımağa imkan yaradır.
* Özünüzlə nahar götürün – turistik məkanlarda bahalı qida xərclərindən yayınmağa kömək edir.
* Əl yükü ilə səyahət edin – əlavə baqaj xərclərini azaltmaqla yanaşı, daha rahat hərəkət etməyə imkan verir.
* İctimai nəqliyyatdan istifadə edin – bu üsul həm qənaət etməyə, həm də şəhəri daha yaxşı kəşf etməyə şərait yaradır.
Səyahətdə qənaət yolları
Ceyms Vonq qeyd edir ki, büdcəli səyahətin əsas prinsipi rahatlıqdan tam imtina etmək deyil, düzgün seçimlər etməkdir.
Daha əvvəl Ukrayna əsilli stüardessa Arina Blum hava limanlarında sərnişinlərin artıq pul xərcləməməli olduğu məqamları açıqlamışdı.
Ekspertlər həmçinin aviabiletləri daha sərfəli qiymətə almaq üçün uyğun günlərlə bağlı tövsiyələr veriblər.
Aydın
Şərhlər