Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)
Kürdəmir sakini Azər Azadov bildirib ki, sentyabr ayında 3000 manat məbləğində pula ehtiyacı olub. Bu məqsədlə "TikTok” sosial şəbəkəsində bank olmayan kredit təşkilatına bənzər adla fəaliyyət göstərən bir səhifəyə müraciət edib.
Daha sonra onunla "WhatsApp” üzərindən əlaqə saxlanılıb və bildirilib ki, kreditin ayrılması üçün əvvəlcədən 444 manat ödəniş etməlidir. Azər Azadov tələb olunan məbləği ödəyib, daha sonra şəxsiyyət vəsiqəsinin və bank kartının fotosunu həmin şəxsə göndərib.
Nəticədə nə vəd olunan krediti alıb, nə də pulu geri qaytara bilib. Əksinə, üzərinə 600 manatdan çox kredit borcu yaranıb. Məlum olub ki, TikTok-da fəaliyyət göstərən həmin səhifə, gerçək bank olmayan kredit təşkilatına bənzər adla yaradılmış saxta hesabdır.
Kürdəmir Rayon Polis Şöbəsindən bildirilib ki, Azər Azadovun müraciəti əsasında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, mövzu ilə bağlı "ARB Xəbər”də süjet yayımlanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər