"Lirənin dəyərsizləşmə prosesi mərhələli şəkildə növbəti dövrlərdə də mümkündür. Amma hələlik ekspertlər lirənin kəskin dəyərsizləşməsini proqnozlaşdırmırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, praktik olaraq Türkiyə iqtisadiyyatında stabillik var, eyni zamanda infliyasiya səviyyəsi də yüksəkdir:
"Bu il turizm gəlirləri də əvvəlki illərlə müqayisədə daha yüksək olub. Bütün bunlar ölkəyə daxil olan valyuta həcminə təsir göstərib, ixrac imkanları genişlənib. Ümumilikdə, orta müddət üçün, xüsusən 2024-cü ildə Türkiyədə elan olunan iqtisadi tədbirlər və islahatların dərinləşməsi müşahidə olunarsa, gələn ildən etibarən Türkiyə lirəsinin stabilləşməsini müşahidə edə bilərik”.
Vüqar Bayramov hesab edir ki, bu, Türkiyə iqtisadiyyatında aparılan islahatlar və ölkənin ixrac imkanlarından asılı olacaq:
"Bu proses Türkiyənin Qərb ölkələri ilə münasibətlərinin necə dəyişməsindən asılı olacaq. Bu baxımdan, yaxın müddət üçün Türkiyə lirəsinin məzənnəsində müəyyən azalmalar istisna edilmir. Hansısa bir forsmajor hallar baş verməsə, kəskin dəyərsizləşmə proqnozlaşdırılmır. Amma islahatların davam etməsi və ölkəyə daha çox valyutanın daxil olması fonunda gələn ildən etibarən lirənin stabilləşməsi mümkin hesab olunur”.
Bahar Rüstəmli
Şərhlər