Maqazin 13:00 21.05.2022

Manafdan Elzaya sərt cavab: "Danışmadığım adama niyə yardım etməliyəm ki?..”

"Mən Elza Seyidcahanla danışmıram. Danışmadığım adama niyə yardım etməliyəm ki”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın "Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var” ittihamına cavabında deyib. Müğənni Elza Seyidcahandan küsülü olduğu üçün ona yardım etmədiyini vurğulayıb:

"Danışsaydım, ona yardım edərdim, danışmıram onunla. Bunu bütün Azərbaycan bilir ki, onunla küsülüyəm. Kiməsə yaltaqlanmaq mənə lazım deyil”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istəyib. Sənətçi efirə çıxaraq öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. Bu günə kimi ona həmkarlarından Rəqsanə, Damla və s. dəstək verib.
Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP” MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.
 
Bahar Rüstəmli