Xəbər lenti

Matros olmaq istədi, dələduzluğa məruz qaldı
Ölkə 18:45 05.12.2025

Matros olmaq istədi, dələduzluğa məruz qaldı

Gəmidə matros olmaq istəyən şəxs dələduzluqla üzləşib.

Qaynarinfo xəbər verir ki, hadisə Astara rayonunda baş verib. 

Samir Şahmarov (şərti) oğlunu dənizçilik sahəsində işə düzəltmək istəyib. Əvvəldən tanıdığı Ramil Railov (şərti) ona bu məsələdə kömək edəcəyini deyib. O, Samir Şahmarova bildirib ki, oğlunu gəmilərdən birinə mators düzəldə bilər. Bunun üçün zərərçəkmişdən 5100 manat pul alıb. 

Sonradan onun Samir Şahmarovu aldatdığı məlum olub. Zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Ramil Railov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Astara Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Ramil Railov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, dəymiş ziyan tam ödənilib. Rail Ramilov məhkəmədən ona yüngül cəza təyin etməsini istəyib. 

Məhkəmənin hökmü ilə Rail Ramilova 1 il 6  ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1  il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->