Xəbər lenti

İdman 12:58 15.02.2024

Meksikalı futbolçu yüksək sürətin qurbanı oldu

Meksikalı futbolçu Dieqo Çaves yol qəzasında dünyasını dəyişib.

Qaynaribnfo-nun məlumatına görə,  avtomobilini yerli prospektdə həddindən artıq sürətlə idarə edərkən dirəyə çırpılıb. Çihuahuanın Şimal Zonasında dövlət prokurorluğu 28 yaşlı futbolçunun ölümünü təsdiqləyib.

Dieqo Çavez 2015-ci ildə "Tiburones del Veracruz"un heyətində birinci divizionda debüt edib. Meksikada "Rayos del Necaxa", "Diablos del Toluca"da çıxış etmiş futbolçu 2023-cü ildən bəri "Xuarez"in formasını geyinirdi. 

"El Puma" ləqəbli futbolçu İspaniyada "Salamanca" və Peruda "Mannuççi"də də oynayıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->