Xəbər lenti

Müxalifət “Siyasi partiyalar haqqında” qanunla bağlı nə düşünür? (AÇIQLAMA)
Siyasət 15:14 24.10.2022

Müxalifət “Siyasi partiyalar haqqında” qanunla bağlı nə düşünür? (AÇIQLAMA)

Milli məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli son zamanlar Azərbaycanda islahatların həyata keçirildiyini bildirib. 

Vitse-spiker "Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələr zamanı bildirib ki, islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlığın gücləndiyini, iqtidar-müxalifət dialoqunun başlandığını deyib: "Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynadı. 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Biz bu təklifləri qruplaşdırıb, təhlil etdik”.

Bəs, "Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasında hansı siyasi təşkilatlar iştirak edib?

"Qanunun dəyişdirilməsinin guya müzakirələrdən keçməsi, siyasi partiyaların təklifləri əsasında hazırlanması iddiası həqiqətə uyğun deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında Musavat Partiyasının başqanı Arif Hacılı bildirib. 

Partiya rəhbəri qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər yalnız partiyaların fəaliyyəti üzərində total nəzarətə nail olmaqdan başqa heç bir məqsədə xidmət etmir: "Siyasi partiyalar haqqında” mövcud qanun Müsavatın da təklifləri əsasında, bizim parlamentdə təmsil olunduğumuz dövrdə qəbul olunub. Kifayət qədər demokratik, siyasi partiyaların normal fəaliyyəti üçün imkanlar yaradan qanundur. İndi bu qanun siyasi partiyaları tam olaraq icra hakimiyyətinin nəzarətinə almaq məqsədi ilə dəyişdirilir”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiya "Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasından kənarda qalıb: "Bizə belə təklif gəlməyib. Gəlsə, xəbərim olardı”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->