Müğənni Nadir Qafarzadə oğlunun toyunda narazılıqların taranması ilə bağlı məlumata aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında məclisdən küsüb gedən həmkarlarının adlarını bilmədiyini deyib:
"Toy sahibiyəm, dəvət etdiyim qonaqları qarşılamalı və yola salmalıyam. Başım belə işlərə elə qarışmışdı ki, kimlərin küsüb getdiyini bilmirəm. İnanmıram belə şey olub. Əgər kimsə küssəydi, zəng edib deyərdilər. Toyda hər şey olar".
Nadir Qafarzadə oğlu Əzizin toy məclisin əla keçdiyini bildirib:
"Mənə zəng edib toyun əla keçdiyini deyirlər, narazı qalan, küsən olduğunu eşitmədim. Başım qarışıq olduğundan toyun vodeo çəkilişinə hələ baxmamışam".
Xatırladaq ki, bir neçə gün öncə müğənni Nadir Qafarzadə oğlu Əzizə toy edib. Bəzi müğənnilərə oxumaq üçün səhnə verilmədiyindən məclisdən küsüb getdiklərinə dair məlumatlar yayılıb.
Bahar Rüstəmli
Şərhlər