Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən Qaynarinfo-ya verilən xəbərə görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olub, 1 nəfər xəsarət alıb.
Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.
Şərhlər