Xəbər lenti

İdman 14:11 09.12.2025

"Neftçi"nin yeni baş məşqçisinin maaşı açıqlandı

"Neftçi”nin yeni ukraynalı baş məşqçisi Yuri Vernidub Bakı klubunda aylıq 50 min dollar (85 min manat) maaş alacaq.  

Bu barədə insayder İqor Burbas yazıb. 

Bununla da o, Azərbaycan Premyer Liqasında ən çox maaş alan məşqçilərdən birinə çevrilib. 

İnsayder bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılığa gəlinib. 

Müqavilə müddəti isə 1,5 illikdir.  

Qeyd edək ki, Y.Vernidub ötən gün Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən "Sabah” – "Neftçi” matçını tribunadan izləyib.//Qafqazinfo
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->