Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.
"Xəzər axşamı" proqramında qonaq olan müğənni aparıcı Aytəkin Musayevin "Sənətinizi davam etdirəcək kimisə görürsünüzmü" sualına belə cavab verib:
"Biz tərəfdən Cabbar Musayev, Musa Musayev var. Gənclərimiz də yaxşı oxuyur. Başqa heç kim yoxdur".
Qeyd edək ki, N.Musayev və C.Musayev Musa Musayevlə danışmır. M.Musayev həyat yoldaşı Təranə Qumral bununla bağlı açıqlamada "Bəli, onlar küsülüdürlər. Musa boynuna almasa da mən deyirəm. Onların danışmamaqlarının səbəbi mənəm. Mənə görə danışmırlar. Niyə biz bunu gizlətməliyik ki? Onlar məni sevmədiklərinə görə Musa ilə münasibətləri yoxdur" sözlərini deyib.
Şərhlər