Azərbaycanda bəzi ali təhsil müəssisələrində uzun illərdir rektor vəzifəsi vakantdır.
Qaynarinfo sözügedən ali təhsil müəssisələri ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, Timuçin İlyas oğlu Əfəndiyev 3 fevral 2021-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib. Həmin vaxtdan Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri və rektor vəzifəsini müvəqqəti icra edən şəxs Əməkdar artist Nailə Məmmədzadədir.
Nailə Məmmədzadə
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsi 2024-cü ildən boşdur. Akademiyanın sonuncu rektoru Heydər Əsədov Milli Məclisə keçirilən seçkilərdə deputat seçildikdən sonra - 23 sentyabr 2024-cü ildə bu vəzifədən azad edilib. Bundan sonra rektor vəzifəsinin icrası əvvəlcə Qüdrət Qurbanova həvalə olunub. Ötən ilin sonlarında isə ADDA-da rektor vəzifəsinin icrası müvəqqəti olaraq Eldar Qocayevə tapşırılıb.
Eldar Qocayev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən Əmək və Sosial Münasibətlər Akademiyasının 2024-cü ilin noyabr ayından rektoru yoxdur. 2024-cü ilin avqustunda Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildikdən üç ay sonra akademiyanın rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib. O, Konfederasiyanın sabiq sədri Səttar Möhbalıyevin yaxın adamı sayılırdı. Sahib Məmmədovun digər əmri ilə akademiyada rektor vəzifəsinin icrası əvvəlcə Nurəngiz Mikayılovaya, bir neçə ay sonra isə Fərid Babayevə həvalə edilib.
Fərid Babayev
Aydın
Şərhlər