İdman 12:43 28.06.2022

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi keçiriləcək

Şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
 
Stolüstü Tennis Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışa 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar qatılıblar. Şəxsi xarakter daşıyan ölkə birinciliyində  Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar. 

İyulun 29-da yekunlaşacaq yarışda ilk 3 yeri tutan idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. 
 
Birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.
 
Səbuhi Həsənov