İdman 15:02 05.09.2023

"Qalatasaray"ın sabiq futbolçusu "Sabah"da

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qaynarinfo-nun məlumatına görə, nigeriyalı vinger Cesse Sekidika bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Sekidika karyerası ərzində Serbiyanın "Napredak” (2015-2018), Türkiyənin "Eskişehirspor” (2018-2020), "Qalatasaray” (2020-2021), "Konyaspor” (2021), "Eyüpspor” (2022), "Ümraniyespor” (2023) və Belçikanın "Leven” (2021) klublarında oynayıb.

Cesse "Sabah”da 70 nömrəli formada çıxış edəcək.
 
Səbuhi Həsənov