Xəbər lenti

İdman 13:00 21.01.2026

"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyununa 26 500 bilet satılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

--> -->