"Qarabağ”dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır.
Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addaini əsas namizədlərdən biri hesab edir. 24 yaşlı futbolçunun "Qarabağ”la müqaviləsi başa çatdığından, azad agent statusu alıb. Bu səbəbdən transfer haqqı ödənilmədən heyətə qatıla bilməsi onu bir çox klub üçün cəlbedici seçimə çevirib.
Hücumçu ilə A Seriyasının digər təmsilçisi "Bolonya” da yaxından maraqlanır. Hətta bir ara tərəflərn 3 illik müqaviləni razılaşdırdığı yazılırdı. Onun Azərbaycandakı uğurlu çıxışı Avropanın müxtəlif klublarının diqqətini cəlb edib.
Qeyd edək ki, 2024-cü ildən "Qarabağ"ın heyətində çıxış edən Addai bu illər ərzində 49 matça çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər