Xəbər lenti

Naxçıvanda zəncirvari qəza oldu - Yaralılar var
Ölkə21:14 18.10.2026

Naxçıvanda zəncirvari qəza oldu - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan şəhərində zəncirvari qəza baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai", "Audi" və 2 KIA markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakla bağlı araşdırma aparılır.