Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Şimal bürosu məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.
Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Şərhlər