Sağlamlıq 12:42 03.05.2022

Ramazandan sonra necə qidalanmalı?

Ramazan ayı bitdiyi üçün artıq oruc tutan şəxslər normal qidalanmağa qayıdır. 

30 gün müddətində qidalanmada xeyli dəyişiklik olur. Günün böyük hissəsini ac qalan insanlar bu müddətdə 2 dəfə qidalandığı üçün həzm sistemində də dəyişiklik baş verir. 

Ramazan bayramından gündəlik qidalanma vərdişlərinə tez bir zamanda qayıtmaq kökəlməyə səbəb ola bilər. Bu dövrdə ediləcək bəzi dəyişikliklər, yediklərimizə diqqət bədənin tezliklə köhnə nizamına qayıtmasına kömək olur.

Qaynarinfo bunun üçün aşağıdakı tövsiyyələri təqdim edir:

Çörəklə vidalaşın

Çalışın Ramazandan sonra istehlak edilən ağ undan hazırlanmış çörək istifadəsini minimuma endirin. Xüsusi ilə səhər yeməklərində sevərək yediyimiz ağ undan hazırlanmış isti, ətirli çörəkləri taxıllı bitkilərdən, xüsusi ilə arpa və çovdardan hazırlanmış çörəklərlə əvəz edin. Bu çörəklər qan şəkərini balanslaşdırmağa kömək edir və həzm problemlərinin qarşısını alır. Səhər yeməyində yumurta və pendirlə yanaşı, xiyar, pomidor və göyərti də bol istehlak edilməlidir.
 


Şirniyyatları quru meyvələrlə əvəz edin

Bayram ziyarətlərinin ənənəvi yeməkləri olan konfet, şokolad və şirniyyatlar əlavə şəkər və kalori ilə yüklənir. Bu isə çəki artımı deməkdir. Bayramda qonaq qəbul edirsinizsə, qonaqlarınızın sağlamlığını nəzərə alaraq, ondan yüngül keçmək üçün qabların içini qənnadı məmulatları əvəzinə quru meyvə və qoz-fındıq ilə bəzəyə bilərsiniz. İndi qurudulmuş meyvə növləri daha da zəngindir. Həm özünüz, həm də qonaqlarınız üçün ananas, banan, çiyələk, alma və s. kimi bir çox meyvə quruları əla seçim ola bilər. Bəli, şirniyyat bayramıdır, amma meyvənin tərkibində özünəməxsus bir konfet də var. Yox deyirsinizsə, iki qab, bir qənd və bir meyvə alın.
 
 

Yemək zamanı porsiyaları azaldın

Xüsusi ilə bayram ziyarətləri və ondan sonrakı bir neçə gündə yemək yediyiniz zaman çalışın boşqabınıza daha az yemək çəkəsiniz.  Yemək porsiyalarınız azaltmaqla həm də həzm sisteminizə rahatlıq vermiş olacaqsınız. 
 
 

Su istehlakını artırın

Ramazan ayında maye istehlakı 1 litrə qədər azala bilər. Ramazan ayının bitməsi ilə su istehlakı artırılmalıdır. Xüsusilə bayram ziyarətləri zamanı hər ləzzətdən sonra 2 stəkan su içilməlidir. Beləliklə, həm az istehlak, həm də maye qəbulu tənzimlənir və maddələr mübadiləsi yenidən sürətlənir. 
 


Yaşıl tərəvəzlərdən istifadə edin

Bayramda əsas yeməklərə yaşıl tərəvəzlər əlavə edilməlidir. Bu xüsusilə bağırsaq hərəkətlərini tənzimləməyə və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Bacardığınız qədər çiy və yaşıl tərəvəzlərdən hazırlanmış yüngül salatlar yeyin. Salatda yağ miqdarı önəmlidir. Salatlarda və yeməklərdə istifadə olunacaq yağ miqdarı ölçülməlidir. Unudulmamalıdır ki, yağın tərkibində çoxlu kalori var.

 
 
Düyü və makarona diqqət 

Bayramda paxlalılar və ət istehlakı artır. Paxlalı bitkilər faydalı olsa da, onunla bişmiş kərə yağı ilə düyü və makaron kilo vermək baxımından təhlükə yarada bilər.
 
 

Şam yeməklərini erkən yeyin

Şam yeməyi Ramazanda olduğu kimi gec deyil, yatmazdan 4-5 saat əvvəl yeyilməlidir. Bu da gecə yuxusunun normalşmasına, metobolizmanın sürətlənməsinə səbəb olacaq.  
 
 

Axşam gəzintiyə çıxın

Axşam gəzintiyə çıxmağa çalışmalısınız. Yeməkdən sonra həzmə kömək edərək, çəkinin qorunmasında da təsirli olacaq. Lift əvəzinə pilləkənlərdən istifadə etmək və qısa məsafələrdə nəqliyyat vasitələrindən istifadə etməmək çəki idarə etmədə üstünlüklər təmin edəcək.
 

 
Günay İlqarqızı