Xəbər lenti

Rusiya pasportu almış 350 nəfər ordu sıralarına göndərilib
Dünya 18:29 07.12.2023

Rusiya pasportu almış 350 nəfər ordu sıralarına göndərilib

Moskva vilayətində reydlərdən sonra yeni pasport almış 350-dən çox vətəndaş hərbi xidmətə yola salınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, oktyabr və noyabr aylarında Moskva yaxınlığındakı anbarlarda, tikinti obyektlərində və bəzi şirkətlərdə təhlükəsizlik qüvvələrinin keçirdiyi reydlərdən sonra 350-dən çox şəxs orduya çağırılıb. Onların hamısı bu yaxınlarda Rusiya pasportu alıblar.

"Baza" qeyd edir ki, reydlərdə polis əməkdaşları ilə yanaşı, Rusiya İstintaq Komitəsinin hərbi müstəntiqləri və hərbi komissarları da iştirak edir. "Telegram" kanalının məlumatına görə, hüquq-mühafizə orqanlarını ilk növbədə Rusiya pasportu almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməmiş vətəndaşlar maraqlandırır.

Bundan əvvəl məlum olub ki, Sankt-Peterburqda qanunsuz miqrasiya işi ilə bağlı keçirilən reyddən sonra 20 nəfər hərbi qeydiyyata alınıb - tibbi müayinədən keçdikdən sonra uyğun yaşda olan kişilər Silahlı Qüvvələrə göndəriləcək. Artıq 27 yaşı olanlara Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->