Xəbər lenti

Rusiyanın qaz şantajı böyüyür: Kreml daha iki ölkəyə qaz tədarükünü azaltdı
Dünya 14:38 17.06.2022

Rusiyanın qaz şantajı böyüyür: Kreml daha iki ölkəyə qaz tədarükünü azaltdı

Rusiya Slovakiya və İtaliyaya qaz tədarükünü iki dəfə azaldıb.

Qaynarinfo "Aljazeera”yə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın qaz idxalçısı SPP və İtaliyanın Eni şirkəti məlumat verib.

Rusiya Slovakiyanın qaz idxalçısı SPP-yə qaz tədarükünün yarıbayarı azalacağı barədə məlumat verib.

"Çatdırılmaların yarıya qədər azaldılması hazırda bizə zərər vermir. Biz onların tamamilə kəsiləcəyi ilə bağlı real riskləri önləmək üçün işləyirik”, - SPP rəhbəri Riçard Prokıpçak Slovakiya mediasına deyib.

İtaliyanın "Eni” şirkəti də Rusiyanın "Qazprom” şirkətindən tələb etdiyi qaz təchizatı həcminin yalnız yarısını alacağını bildirib.

"Eni”nin qaza olan gündəlik təxminən 63 milyon kubmetr tələbatı əvəzinə, Qazprom tələb olunan qazın yalnız 50 faizini təmin edəcəyini deyib",- "Eni”nin saytında deyilir. 

Kremlin sözçüsü Dmitri Peskov tədarükün azaldılmasının qabaqcadan planlaşdırılmadığını və texniki xidmət məsələləri ilə bağlı olduğunu deyib. İtaliya baş naziri Mario Draqi isə onun izahatını rədd edib.

"Həm Almaniya, həm biz, həm də başqaları bunu yalan hesab edirik. Əslində, onlar taxılla etdikləri kimi, qazdan da siyasi məqsədlər üçün istifadə edirlər”, – Draqi alman və fransız həmkarları ilə Kiyevə səfəri zamanı mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiya bir neçə gündə Hollandiya və Almaniyaya satdığı qazı da azaldıb. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->