Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.
Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.
Şərhlər