Xəbər lenti

DÇ-2026: Türkiyə növbəti mərhələ şansını itirdi
İdman 09:06 20.06.2026

DÇ-2026: Türkiyə növbəti mərhələ şansını itirdi

Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib.
 



--> -->