Xəbər lenti

Dünya 17:59 26.07.2023

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam ediləcək

Sinqapurda yerli sakin Saridevi Camani iyulun 28-də narkotik alverinə görə edam ediləcək. O, son 20 ildə ölkədə edam edilən ilk qadın olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Eyni ittihamla daha bir ölüm hökmü icra ediləcək. Bu həftə narkotik alverində təqsirli bilinən şəxs asılacaq. Söhbət 50 qram heroindən gedir. Camani təxminən 30 qram heroini satdığı üçün ölüm cəzasına məhkum edilib.

Artıq Camaninin yaxınları gözlənilərn edam barədə məlumatlandırılıblar. 

Sinqapurda sonuncu dəfə qadın 2004-cü ildə ölüm hökmünə məhkun edilib. 36 yaşlı bərbər Yen Mey Voen də narkotik alverində ittiham edilərək edam edilib. 

Sinqapur narkotik ittihamları ilə bağlı dünyada ən sərt qanunlarından birinə sahibdir və bu, dünya ictimaiyyətinin qəzəbinə səbəb olub.
Hökumət iddia edir ki, ölüm hökmü cinayətə qarşı təsirli bir maneədir, təhlükəsizliyi təmin edir və o, həm də geniş ictimaiyyət tərəfindən dəstəklənir.

Sinqapurda hökumətin COVID-19 pandemiyası zamanı iki illik fasilədən sonra edamları bərpa etməsindən bəri ən azı 13 nəfər asılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->