Xəbər lenti

Sloveniyanın Baş naziri rusiyalı casuslarla bağlı qalmaqala düşdü
Dünya 17:13 27.10.2023

Sloveniyanın Baş naziri rusiyalı casuslarla bağlı qalmaqala düşdü

Sloveniyanın Baş naziri Robert Qolob ötən ilin noyabrında rusiyalı casusların həbsinə müdaxilə etdiyinə görə qalmaqala düşüb. 

Qaynarinfo xəbər verir ki, "Euractiv"in məlumatına görə, casusluqda şübhəli bilinən rusiyalıların ilkin həbs tarixi mühüm referendumun ertəsi gününə təyin edilib və Sloveniyanın baş naziri iddiaya görə, bu işin hökumətin uğurlarına kölgə salmasını istəməyib.

Qolobun müdaxiləsi ilə bağlı açıqlamanı keçmiş daxili işlər naziri Tatyana Bobnar verib. O bildirib ki, Baş nazirlə polisə əsassız təzyiqlərə görə mübahisə edib və ötən ilin dekabrında istefa verib. O, cəmi altı ay bu vəzifədə çalışıb.

Bobnar hüquq-mühafizə orqanlarına ehtimal edilən təzyiqlə bağlı parlament araşdırmasına sübutlar verib.

Qolob bu iddianı rədd edərək, "bu, tamamilə doğru olmayan növbəti hallüsinasiyadır" deyib. 

"Heç bir Baş nazir buna nail ola bilməz, o ki, qaldı tələb etsin", - deyə o, televiziya şousunda bildirib.

Milli Kəşfiyyat Xidməti də Qolobun təsiri və həbsinin vaxtı ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Orada fəaliyyətlərini xüsusi təyinatlı polis bölməsi ilə birlikdə planlaşdırdıqlarını bildiriblər.

Həbslərin ehtimal olunan tarixləri baş nazirin və ya başqasının tələbi ilə deyil, agentliyin direktoru tərəfindən "əməliyyat və taktiki mülahizələrə əsaslanaraq” təklif edilib.

Bildirilir ki, səsləndirilən iddialarla Kəşfiyyat və təhlükəsizlik xidmətlərinə nəzarət edən parlament komissiyası məşqul olacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->