Sağlamlıq 16:49 14.01.2023

Son sutkanın yoluxma statistikası

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib.

Bu gün koronavirus (COVID-19) əleyhinə 594 vaksin vurulub.

Bir gündə birinci doza üzrə 279, ikinci doza üzrə 141, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 148-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 26-dir.