Xəbər lenti

Siyasət 14:09 17.10.2023

"Sülh sazişini imzalamaq üçün bu addımları atmaq lazımdır" - Sabiq nazir

"Bəyanata oxşar hansısa çərçivə sazişinin olacağını istisna etmirəm, amma onun icrası və həyata keçirililəcəyinə şübhə edirəm".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun alman həmkarı ilə telefon danışığında İrəvanla sülh sazişinin imzalanması üçün real şansların olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Tofiq Zülfürov bildirib ki, sözügedən fikirlər Azərbaycan xarici işlər nazirinin qənaətidirsə, onu şərh etməkdə çətinlik çəkir:

"Amma ümumi baxanda Ermənistanın bir çox məsələlərdə özünün aneksionist siyasətindən uzaqlaşdığını düşünmürəm. İrəvanın hazırda kommunikasiyalar məsələsində, ələlxüsus da Zəngəzur dəhlizinə aid məsələdə hansısa konkret fikir bildirəcəyinə inanmıram. Sülh sazişi yeni bir sənəd olacaq. 2020-ci ilin noyabrında imzalanan sənədin icrasında problemlər qalmaqdadır. Bu özünü xüsusən də Zəngəzur dəhlizi və anklavların azad olunması məsələsində göstərir. Sülh sazişinə gəlincə, bu, çərçivə sazişi olacaq. Onun daxilində bir çox məsələlərin praktiki həlli sual doğurur".
 

 
Onun sözlərinə görə, İrəvan bəyanat verə bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma praktiki baxımından hansı ərazi bütövlüyünü tanıdığını açıq bildirməlidir. 

"İrəvan bu istiqamətdə müxtəlif təkliflər səsləndirir, 1975-ci ilin xəritəsindən danışıqlar. Digər tərəfdən, Ermənistan işğal üzrə məsuliyyəti üzərinə götürməyə hazırdırmı? İrəvan humanitar hüquqa uyğun olaraq azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıtmasını təmin etməyə, Azərbaycana işğala görə kompensasiya verməyə hazırdırmı? Bu sualları dəyərləndirərkən, hansısa bəyanata oxşar çərçivə sazişinin olacağını istisna etmirəm. Amma onun icrası və həyata keçirililəcəyinə şübhə edirəm”, deyə Tofiq Zülfüqarov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında Ermənistanla sülh sazişinin imzalanması üçün real şansların olduğunu deyib. Nazir bildirib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü  və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->