Xəbər lenti

Üzərində dələduzluq cinayəti olan şəxs eyni əməli törətdi
Ölkə 14:12 30.10.2025

Üzərində dələduzluq cinayəti olan şəxs eyni əməli törətdi

Bərdə rayonunda üzərində dələduzluqla bağlı cinayət işi olan şəxs yenidən dələduzluq edib. 

Qaynarinfo xəbər verir ki, E.Salahov iki nəfəri aldadaraq onlardan ümumilikdə 11 000 manat pul alıb. 

E.Salahovun qurbanlarından biri oğlu H.Mehtiyevə təqaüd düəzltəmək istəyib. E.Salahov 7000 manat müqabilində ona bu işdə kömək edəcəyini bildirib. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Digər qurban isə qardaşı Ş.Xıdırov barəsindəki cinayət işinə xitam verilməsinə çalışıb. E.Salahov ondan 4000 manat alaraq bu işdə köməklik edəcəyini deyib. Amma zərərçəkmiş sonradan aldadıldığı başa düşüb. 

Hər iki zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra E.Salahov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində ev dustaqlığı qətim-imkan seçilib. Cinayət işinə Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə baxılıb. E.Salahov məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə E.Salahov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Əvvəlki cinayət işi ilə bağlı ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

E.Salahovun şübhəli şəxs qismində tutulduğu nvə ev dustaqlığında saxlanılıdğı 9 ay 7 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay müddətinə azadlığın məhdudlşadırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->