Xəbər lenti

Makron: Ukraynaya dəstəyin dayandırılması Avropanın təhlükəsizliyini təhlükə altına atar
Dünya15:29 17.10.2026

Makron: Ukraynaya dəstəyin dayandırılması Avropanın təhlükəsizliyini təhlükə altına atar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezidenti Emmanuel Makron “Milli birlik” parlament fraksiyasının rəhbəri Marin Le Penin Parisin Ukraynaya maliyyə yardımını dayandırmalı olduğu barədə fikirlərinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Makronun sözlərinə görə, Ukraynaya dəstəyin dayandırılması Avropanın təhlükəsizliyini təhdid altına qoya bilər.

“Ukraynaya dəstəyi dayandırmalı və maliyyələşdirməyə son qoymalı olduğumuzu deyənlər Avropanın, ilk növbədə isə Fransa xalqının təhlükəsizliyinə etinasız yanaşırlar. Bəzi insanların hələ tutmadıqları vəzifələrdəymiş kimi danışarkən nə qədər təvazökarlıqdan uzaq olduqları məni təəccübləndirir. Gəlin, Fransa xalqının kişi və qadınlarına hörmətlə yanaşaq. Onlar səs verəcəklər. Təvazökar olun”, deyə Makron bildirib.

Oktyabrın 14-də Le Pen Parisin artıq Ukraynaya yardım göstərmək imkanlarının qalmadığını vurğulayıb. O, sentyabrda da Fransanın Kiyevə maliyyə yardımı göstərmək üçün kifayət qədər vəsaitinin olmadığını bildirmişdi.

Ukrayna prezidenti Volodimir Zelenski isə Fransanın Ukraynaya maliyyə yardımından imtina etməsinin onun maraqlarına uyğun olmadığını bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin təcrübəsi Fransa hərbi şirkətləri üçün zəruridir.

Aydın