Maqazin 11:42 08.10.2023

Xalq artistinin bloger qızının nişanından görüntülər (VİDEO)

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Cəfərovanın ötən gün nişanı olub.

Nəzrin gənc müğənni Mərdan Kazımovla nişanlanıb. Paytaxtın dəbdəbəli məkanların birində baş tutan mərasimində cütlüyün ailəsi, yaxınları və dostları iştirak edib.

Nişandan görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda aşiqlərin xoşbəxt siması görənlərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, N.Cəfərova bir dəfə nişanlı olub. O daha sonra verilişlərin birində qonaq olarkən nişanı qaytardığını açıqlamışdı. Hazırda Nəzrin Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcılarından biridir.//Bizim.Media