Samuxda "MAZ" çaya aşıb.
APA-nın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.
Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.
Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.
Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.
Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər