Xəbər lenti

DÇ-2026: İngiltərə çətin qələbə ilə 1/8 finalda
İdman 22:03 01.07.2026

DÇ-2026: İngiltərə çətin qələbə ilə 1/8 finalda

Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.
 
Qaynarinfo-nun məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəlib.

Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.
--> -->