Xəbər lenti

Zabit Nəbizadə təkzib etdi:
Maqazin 13:45 01.05.2026

Zabit Nəbizadə təkzib etdi: "Hələ qapı döyməmişəm"

"Hələ oğluma elçi getməmişəm, qapı da döyməmişəm".

Bu sözləri Zabit Nəbizadə Qaynarinfo-ya açıqlamasında oğlunun toy mərasiminə hazırlaşdığı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

Xalq artisti qeyd edib ki, bu məlumatlar həqiqəti əks etdirmir və hazırda belə bir plan yoxdur:

"Allah nəsib edərsə, biz də elçi gedərik. Amma bilmirəm bu xəbəri kim yayıb? Yazıblar ki, guya oğlumu evləndirirəm. Görünür, bəzi adamların işi-gücü qurtarıb".

Sənətçi eyni zamanda tələbəsi Pünhan Priyevlə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, gənc ifaçının nişanının qaytarılması barədə deyilənlər əsassızdır:

"Bir neçə gün əvvəl yazıq Pünhanı əvvəl evləndirdilər, sonra da boşadılar. Halbuki o, sadəcə yeni nişanlanıb. Nişan mərasimindən dərhal sonra belə söz-söhbətlər yayılıb. İcazə verin insan bir "bismillah” etsin, ailə qursun. Belə məqamlarda adama xeyir-dua vermək lazımdır".

Bahar Rüstəmli
--> -->