2008-ci ildə İstanbulda törədilən terror partlayışını törədənlərdən biri Türkiyə İstihbarat Təşkilatının Suriyada keçirdiyi əməliyyat zamanı öldürülüb.
Qaynarifo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
2008-ci ildə İstanbulun Güngörən məhəlləsində törədilən terror partlayışını törədənlərdən biri, PKK üzvü Nüsrət Təbiş Türkiyə Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi əməliyyat zamanı öldürülüb.
2008-ci ildə İstanbulda PKK-çıların iki bombanı partlatması nəticəsində 17 nəfər həlak olmuş, 150-dən çox insan yaralanmışdı.
M.Arif
Şərhlər