Xəbər lenti

Azərbaycanda doğumlar azaldı, boşanmalar 13 mini keçdi - Əhali sayı açıqlandı
Ölkə11:23 16.10.2026

Azərbaycanda doğumlar azaldı, boşanmalar 13 mini keçdi - Əhali sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 17 min 445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabrın 1-nə 10 milyon 279 min 796 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 56 min 404 körpə doğulub. Onlardan 53,2 faizi oğlan, 46,8 faizi qız olub. Həmin dövrdə 1902 əkiz və 69 üçəm doğumu qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum sayı 9,3-dən 8,2-yə enib. Yanvar-avqust aylarında ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi isə dəyişməyərək 5,9 səviyyəsində qalıb.

Statistikaya əsasən, cari ilin ilk səkkiz ayında Azərbaycanda 26 min 485 nikah və 13 min 278 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.