Xəbər lenti

Azərbaycanlı gəlin Türkiyədə 88 yaşlı qayınatasını döyüb öldürdü (FOTO)
Dünya 12:28 16.06.2026

Azərbaycanlı gəlin Türkiyədə 88 yaşlı qayınatasını döyüb öldürdü (FOTO)

Türkiyənin Tokat şəhərinin  Artova rayonunda gəlinlə 88 yaşlı qayınata arasında baş verən mübahisə ölüm hadisəsi ilə nəticələnib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan vətəndaşı olan gəlin tərəfindən döyülən yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Gəlin isə jandarma tərəfindən saxlanılıb.

Rayonun Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı K.V. (52) ilə qayınatası Mustafa Çici (88) arasında evin qarşısında hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib və tərəflər bir-birini döyüb. 

İddialara görə, K.V.-nin zərbələri nəticəsində yerə yıxılan Mustafa Çici üçün 112 Təcili Çağrı Mərkəzinə məlumat verilib. Hadisə yerinə gələn tibbi briqada tərəfindən Artova Dövlət Xəstəxanasına aparılan yaşlı kişi həkimlərin bütün müdaxilələrinə baxmayaraq vəfat edib.

Artova Respublika Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində K.V. saxlanılıb. Şübhəlinin barəsində istintaq hərəkətlərinin davam etdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Aydın
 


--> -->