Bakıda gecə klubunda baş verən yanğın söndürülüb.
Bu barədəQaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
16:15
Nərimanov rayonu ərazisində yerləşən "Burju Baku" gecə klubunun dam örtüyündə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər