Məktəbəqədər təhsil müəssisəsində çalışan 4977 müəllim diaqnostik qiymətləndirmədən 30-dan az bal toplayıb.
Valyuta.az xəbər verir ki, 2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.
Müəllimlərdən sadəcə 1-i maksimum – 60 bal toplayıb.
Digər göstəricilər isə aşağıdakı kimidir:
50 baldan yuxarı toplayanların sayı – 324 nəfər (2.9%)
46 baldan 51 bala qədər – 911 nəfər (8.1%)
41 baldan 46 bala qədər – 1380 nəfər (12.3%)
36 baldan 41 bala qədər – 1624 nəfər (14.5%)
30 baldan 36 bala qədər – 2002 nəfər (17.8%)
30 baldan aşağı toplayanların sayı – 4977 nəfər (44.4%) //Modern.az
Şərhlər