Xəbər lenti

Gələn il
Sənət 20:01 10.07.2025

Gələn il "Oskar"ı kim qazanacaq? - İlkin proqnozlar

2026-cı ildə keçiriləcək 98-ci "Oskar" mükafatlandırma mərasimində qalib ola biləcək namizədlərin ilk siyahısı açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, siyahını uzun illərdir müxtəlif mükafatlara dair proqnozlar verən "Gold Derby" portalı tərtib edib.

"Ən yaxşı film" nominasiyası üzrə favoritlər

İlkin proqnozlara əsasən, "Ən yaxşı film" kateqoriyasında əsas favorit Rayan Kuqlerin rejissorluğu ilə çəkilmiş qorxu janrlı "Günahkarlar" filmidir.

İkinci yerdə norveçli rejissor Yoakim Triyerin "Sentimental dəyər" adlı dramedi filmi yer alıb. Üçüncü sırada isə Con M. Çunun musiqili filmi "Şər: Əbədi olaraq" qərarlaşıb.

Beşlikdə həmçinin Pol Tomas Andersonun Leonardo DiKaprio ilə çəkdiyi "Döyüşə görə döyüş" filmi və iranlı rejissor Cəfər Pənahinin "Sadə təsadüf" adlı dramı da yer alıb.



"Ən yaxşı aktrisa" və "Ən yaxşı aktyor" nominasiyaları

"Ən yaxşı aktrisa" nominasiyasında adı çəkilən əsas namizədlər arasında Renate Reinsve, Sintiya Erivo, Cessi Bakli, Culiya Roberts və Cennifer Lourens yer alır.
 


"Ən yaxşı aktyor" nominasiyası üzrə potensial qaliblər arasında isə Ceremi Allen Uayt, Maykl B. Cordan, Timoti Şalamet, Leonardo DiKaprio və Kolin Farrel göstərilir.
 


Tarixlər

Qeyd edək ki, 98-ci "Oskar" mükafatlarının təqdimat mərasimi 2026-cı ilin 15 mart tarixində keçiriləcək. Rəsmi namizədlərin adları isə 22 yanvar 2026-cı ildə elan olunacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->