10 iyul – dünya elminə dəyişkən cərəyanı, simsiz rabitəni və saysız texnoloji yenilikləri bəxş etmiş Nikola Teslanın doğum günüdür. Öz dövrünü qabaqlamış, amma sağlığında layiqli dəyərini almamış bu unikal alim, bu gün də elm və texnologiya dairələrində ehtiramla xatırlanır. Onun həyatında qeyri-adi və hələ də izah olunmamış faktlar çoxdur.
Nikola Tesla kim idi?
Qaynarinfo xəbər verir ki, Tesla - sonradan şirkətə və avtomobilə ad olmuş şəxs - gənclik illərində sadəcə serb ailəsində böyümüş, gələcəyindən çox şey gözlənilməyən bir uşaq olub. Lakin böyük qardaşının faciəli ölümü ilə ailənin bütün ümidlərini ona yönəldib. Atasının istəyi onu din adamı etməyə yönəlsə də, həyatı dəyişib: xolera xəstəliyindən sonra atasının tək istəyi onun sağ qalması olub. Bu fürsətdən istifadə edən Tesla texniki təhsilə yönəlib.
1856-cı ildə Xorvatiyada ildırım və göy gurultusu içində dünyaya gələn Teslanın doğuşunu tibb bacısı "qaranlıq uşağı” adlandırıb. Anası isə cavabında "o, işığın uşağı olacaq” deyib və haqlı çıxıb.
Tesla nə ixtira etmişdi?
Nikola Tesla - öz dövründə anlaşılmayan, bəzən "dəli” adlandırılan alim - 700-dən çox patentin müəllifidir. Onun bir çox ixtiraları bu gün də insanlıq üçün aktualdır:
* Tesla bobini - yüksək gərginlikli cərəyan yaradan rezonans transformatoru
* Niaqara şəlaləsində ilk hidroelektrik stansiya
* Lüminessent lampa
* Pult ilə idarəetmə
* İlk rentgen şəkli
* Radioda siqnal ötürülməsi
* Tesla turbinası və asinxron mühərrik
* Radioda idarə olunan qayıq
O, həmçinin mobil telefonların prototipi, sürücüsüz nəqliyyat vasitələri, simsiz enerji ötürülməsi və "ölüm şüası” adlı cihazlar üzərində işləyib.
Ölüm şüası və gizlədilmiş ixtiralar
Tesla 1930-cu illərdə yaratdığı "ölüm şüası” ilə qoşunları və təyyarələri məhv edəcək enerjili bir cihaz təqdim etmişdi. Onu hərbi qurumlara satmağa çalışsa da, maraq görməyib.
Vardanklif qülləsi layihəsi ilə isə bütün dünyaya simsiz və pulsuz elektrik ötürmək istəmişdi. "JP Morgan" bu layihəni əvvəlcə maliyyələşdirsə də, sonradan Teslanın planlarının resurs sahibləri üçün təhlükəli olduğunu anlayaraq maliyyəni dayandırıb. Tesla bu ideyadan da imtina etməyə məcbur olub.
Tesla haqqında qeyri-adi faktlar
* Yalnız 2 saat yuxu: Gündə cəmi 2 saat yuxu ilə işləyib, qalan vaxtını işə sərf edib.
* Dəqiq yaddaş və təsəvvür: Bütün cihazlarını əvvəlcə beynində "hazırlayıb”, heç bir qeyd aparmadan "sınaqdan keçirib”.
* Kəskin eşitmə: 900 km uzaqlıqdakı göy gurultusunu eşidə bildiyini deyib.
* Smartfonları qabaqladı: Gələcəkdə insanların cibində olan cihazlarla istənilən məsafədən əlaqə saxlayacağını proqnozlaşdırmışdı.
* Mikroblardan panik qorxurdu: Xolera keçirdikdən sonra gündə 18 dəsmal istifadə edər, hər şeyi təkrar-təkrar yuyardı.
* Ayrı yaşayış və yemək adətləri: Yalnız yeyib, yemək həcmini qaşıqda hesablayıb, əlcək taxmadan nahar etməyib.
* Qadınlardan uzaq durmaq: Zərif və cazibədar görünməsinə baxmayaraq, qadınlarla münasibətdən uzaq durub, onları diqqət dağınıqlığı hesab edub.
* Göyərçinlərə olan sevgi: İnsanlara deyil, göyərçinlərə bağlanıb. Xüsusilə bir ağ göyərçin üçün minlərlə dollar xərcləyib.
* 3 rəqəminə obsesiyası: Əllərini üç dəfə yuyub, binaya üç dəfə fırlanaraq girib, otaqlarının nömrəsi mütləq 3-ə bölünən olub. Son illərini Nyu-Yorkun 33-cü mərtəbəsində, 3327 nömrəli otaqda keçirib.
Nikola Tesla 1943-cü ildə, çox yoxsul şəraitdə, otel otağında vəfat edib. İxtiralarına görə nə var-dövlət, nə də firavanlıq görməyib. Lakin bəşəriyyətə bəxş etdiyi ideyalar onun adını əbədi olaraq elm tarixinə yazıb.
Aydın
Şərhlər