Xəbər lenti

Sahibə Qafarova Bosniya və Herseqovinaya səfərə getdi
Ölkə 22:10 10.07.2025

Sahibə Qafarova Bosniya və Herseqovinaya səfərə getdi

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->