Xəbər lenti

Bütün seçki məntəqələrində səslər hesablandı: MSK seçkilərin ilkin nəticələrini açıqladı
Dünya 10:22 18.09.2023

Bütün seçki məntəqələrində səslər hesablandı: MSK seçkilərin ilkin nəticələrini açıqladı

Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan Ağsaqqallar Şurasına seçkilər çərçivəsində bütün 475 seçki məntəqəsində səsvermənin nəticələrinə dair ilkin məlumatları dərc edib.

Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, siyasi qüvvələrin səs nisbəti belədir:

1. "İctimai səs" partiyası - 9,68%
2. "Vətəndaş razılaşması” – 32,57%
3. "Ədalətli Ermənistan” Partiyası – 1,12%
4. "Qələbə" partiyası - 1,71%
5. "Vətənin Gücü” Partiyası – 0,74%
6. Ermənistanın Avropa Partiyası – 1,11%
7. Milli Tərəqqi Partiyası – 18,89%
8. "Sosial ədalət naminə” partiyası – 0,34%
9. Respublika Partiyası – 11,32%
10. "Vahid Ermənistan” Partiyası – 0,55%
11. "İşıqlı Ermənistan” Partiyası – 1,8%
12. Demokratik Konsolidasiya Partiyası – 1,01%
13. "Həyat üçün ölkə" partiyası - 3,64%
14. "Ana Ermənistan” bloku – 15,43%.

Xatırladaq ki, sentyabrın 17-də İrəvanda Ağsaqqallar Şurasına seçkilər keçirilib. Seçkidə 13 partiya və bir blok iştirak edib. Paytaxt seçkilərində seçicilərin sayı 824 250 nəfər olub. Ermənistan paytaxtının 12 inzibati rayonundakı 475 seçki məntəqəsində səsvermə prosesini 350 yerli, 24 xarici müşahidəçi izləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->