Xəbər lenti

Çilidə meymunçiçəyindən ilk ölüm qeydə alındı
Dünya05:27 17.11.2022

Çilidə meymunçiçəyindən ilk ölüm qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyindən ilk ölüm faktını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, ölən şəxs sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir.
Səhiyyə Nazirliyindən bildirilib ki, mərhumun xroniki xəstəlikləri olub və immuniteti zəifləyib.
Qeyd edək ki, bu günə qədər Çilidə 1200-dən çox meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlənməyə başlanılıb.