Xəbər lenti

Sənət 10:47 16.08.2023

Daha bir ölkə “Barbi" filmini qadağan etdi

Əlcəzairdə "Barbi" filmi kinoteatrlara çıxdıqdan təxminən bir ay sonra yayımdan çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "24H Algerie" nəşri məlumat yayıb.

Əlcəzairin Mədəniyyət Nazirliyi bütün distribyutorlara Marqot Robbi tablosunun dərhal yayımdan çıxarılmasını tələb edən bildiriş göndərib. Bunun səbəbləri məlum deyil.

AP vurğulayıb ki, "Barbi" artıq avqustun 16-dan etibarən cədvəldən çıxarılıb.

Eyni zamanda, avqustun 10-da LGBT təbliğatına görə Livan və Küveytdə "Hollivud" blokbasterinin qadağan olunduğu xəbəri yayılıb. Livanın mədəniyyət naziri Məhəmməd Murtada qeyd edib ki, film dini dəyərlərə ziddir və "homoseksuallığı təbliğ edir". 

Küveytdə izah ediblər ki, "ictimai etika və sosial ənənələri” qorumaq üçün yayım dayandırılıb.

İyulun 19-da "Barbi" filminin premyerası olub. Və təkcə ilk həftəsonunda filmin kassa gəliri 356 milyon dollar təşkil edib. Daha sonra gəlir 1 milyard dolları ötüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->