Xəbər lenti

DÇ-2026: 1/16 finalın bütün cütləri
İdman 13:16 28.06.2026

DÇ-2026: 1/16 finalın bütün cütləri

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, bazar gününə keçən gecə turnirin qrup mərhələsinin son oyunları başa çatıb.

Pley-offun ilk mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:

Almaniya – Paraqvay (29 iyun, Foksboro), Fransa – İsveç (1 iyul, İst-Raterford), Cənubi Afrika Respublikası – Kanada (28 iyun, İnqlvud), Niderland – Mərakeş (30 iyun, Monterrey), Portuqaliya – Xorvatiya (3 iyul, Toronto), İspaniya – Avstriya (2 iyul, İnqlvud), ABŞ – Bosniya və Herseqovina (2 iyul, Santa-Klara), Belçika – Seneqal (1 iyul, Sietl), Braziliya – Yaponiya (29 iyun, Hyuston), Kot-d'İvuar – Norveç (30 iyun, Arlinqton), Meksika – Ekvador (1 iyul, Mexiko), İngiltərə – Konqo Demokratik Respublikası (1 iyul, Atlanta), Argentina – Kabo-Verde (4 iyul, Mayami), Avstraliya – Misir (3 iyul, Arlinqton), İsveçrə – Əlcəzair (3 iyul, Vankuver), Kolumbiya – Qana (4 iyul, Kanzas-Siti).

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.
--> -->