Xəbər lenti

DÇ-2026: Belçikadan Seneqalla oyunda inanılmaz geridönüş
İdman 02:51 02.07.2026

DÇ-2026: Belçikadan Seneqalla oyunda inanılmaz geridönüş

Futbol üzrə dünya çempionatında Belçika Seneqala qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 3:2 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-pen) adlarını tabloya yazdırıblar.
 
Belçika 1/8 finalda ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.
--> -->