Xəbər lenti

İrana nüvə silahı yaratmaq üçün iki həftə vaxt lazımdır - Pentaqon
Dünya 11:00 02.10.2023

İrana nüvə silahı yaratmaq üçün iki həftə vaxt lazımdır - Pentaqon

Pentaqon bildirib ki, İran iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər resurslara malikdir.

Qaynarinfo bu barədə ABŞ Müdafiə Nazirliyinin illik hesabatına istinadən xəbər verir.

ABŞ hətbçilərinin məlumatına görə, Tehran rejimi nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, nüvə qurğusunun yaradılması iki həftədən çox çəkməyəcək.

"İranın yaxın gələcəkdə nüvə silahı proqramı həyata keçirəcəyi güman edilmir, lakin iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər parçalanan material istehsal etmək qabiliyyətinə malikdir", deyə Pentaqon bildirib.

Bundan əlavə, Birləşmiş Ştatlar hesab edir ki, İran kimyəvi silahlara nəzarət üzrə öhdəliklərinə əməl etmir, çünki o, hazırkı razılaşmaların tələb etdiyi kimi kimyəvi silah istehsal müəssisələri haqqında tam bəyannamə təqdim etməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->